İndiyə qədər Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tərkibində 1 000-dən çox baytarın, habelə baytarlıq idarələrinin, süni mayalanma mütəxəssislərinin qeydiyyatı həyata keçirilib, onlara elektron kabinet formalaşdırılıb və fermerlərə heyvanlarını qeydiyyatdan keçirmə imkanları yaradılıb.
“QİA.az ” bu barədə Nazirlik yanında Aqrar Tədqiqatlar Mərkəzinin ötənilki fəaliyyətinə dair hesabına istinadən xəbər verir.
“Baytarlıq Xidmətlərinin Monitorinqi Altsisteminin formalaşdırılması istiqamətində işlər davam etdirilir”, – deyə sənəddə qeyd olunub.