Ekvadorda on minlərlə insana saxta COVID-19 peyvəndi vurulub

Ekvadorun Kito şəhərində alternativ tibb mərkəzi xəstələrə yeni növ koronavirus infeksiyasına qarşı saxta peyvənd təklif edib.“QİA.AZ”ın məlumatına görə, bunu “El Comercio” nəşri yerli meriyanın təhlükəsizlik və idarəetmə katibi Sezar Diasa istinadən xəbər verir.Qeyd olunub ki, mərkəzin işçiləri xəstələrə 70 min doza saxta peyvənd vurublar. Eyni zamanda, peyvəndin hər biri 15 ABŞ dollarına başa gəlib və üç dəfə vurulub. Hazırda qurum bağlıdır.

Koronavirus peyvəndi ilə bağlı başqa hadisə Litvada qeydə alınıb. Ölkə xəstəxanalarının birində qadına birdəfəyə beş doza peyvənd vurulub.

Oxşar Xəbərlər