Ekvadorda polis məntəqəsinə hücum olub, ölən və yaralanan var

Dek12,2021

Ekvadorun Esmeraldas şəhərində polis məntəqəsinə hücum nəticəsində azı bir polis əməkdaşı həlak olub, daha bir polis əməkdaşı isə yaralanıb.

QİA.AZ” xəbər verir ki, bunula bağlı məlumat Ekvador Milli Polisinin saytında yerləşdirilib.

Qeyd edilir ki, yerli vaxtla saat 00:40-da (Bakı vaxtı ilə 09:40) polis bölməsinə avtomobil yaxınlaşıb, nəqliyyat vasitəsindən iki silahlı şəxs çıxıb. Onlar polis bölməsinə atəş açıblar, nəticədə bir zabit həlak olub, digəri isə yaralanıb.

Yaralı xəstəxanaya çatdırılıb, vəziyyəti sabit qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər