Ekvadorda şaxta çöküb, ölənlər var

Noy19,2020
Ekvadorda şaxta çöküb, ölənlər var

Ekvadorun şimal-qərbindəki Esmeraldas əyalətindəki qanunsuz fəaliyyət göstərən şaxtada baş verən çökmə nəticəsində azı 5 nəfər ölüb.

“QİA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə “El Norte” qəzeti Milli Fövqəladə Hallar Xidmətinin (MFHX) məlumatlarına istinadən məlumat yayıb.

Ölənlər arasında dörd yetkin və bir gənc var.

MFHX-dən bildirilib ki, hadisə yerinə gələn xilasedicilər dağıntılar altından yüngül xəsarət alan 3 nəfəri xilas edib.

Çökmə Kolumbiya ilə sərhəddəki çətin əlaqə qurulan Los Axos rayonunda yerləşən şaxtada baş verib. Şaxtaçılar rəsmi icazə olmadan faydalı qazıntıların çıxarılması ilə məşğul olublar. İlkin məlumatlara görə, hadisə iş zamanı təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verib.

Oxşar Xəbərlər