“El Klasiko”nun qalibi müəyyənləşdi

Apr22,2024

Bu gün növbəti “El Klasiko” oynanılıb.

QİA.az xəbər verir ki, “Real Madrid” və “Barselona” komandaları La Liqanın 32-ci turunda üz-üzə gəliblər.

Əzəli rəqiblərin “Santyaqo Bernabeu”dakı görüşündə 5 qol vurulub.

Qolların üçü “Real Madrid”ın hesabına yazılıb. Qalib komanda üçün qolları Vinisius (18-ci dəqiqə, penalti), Lukas Vaskes (73) və Jud Bellinqem (90+1) vurub. “Barselona” da isə Andreas Kristensen (6) və Fermin Lopes (69) fərqlənib.

İspaniya çempionatının turnir cədvəlinə 81 xalla “Real” başçılıq edir. “Barselona” 70 xalla ikinci yerdədir.

Oxşar Xəbərlər