Elçin Əliyevin anası Rövşən Əkbərovun həbsindən danışdı

Elçin Əliyev

Xəbər verdiyimiz kimi, Azərbaycanın Milli Qəhrəmanı, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə iş adamı Elçin Əliyevin qətlə yetirilməsində ittiham edilir. 

“QİA.az” xəbər verir ki, mərhum E. Əliyevin anası Səmayə Əliyeva Hit.az-a açıqlamasında oğlunun ölümündə R. Əkbərovla yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovu da ittiham etdiyini deyib.

S. Əliyeva bildirib ki, artıq onu prokurorluğa çağıraraq dindiriblər. “İki gündür bu işlə bağlı çağırırlar. Deyəsən, ədalətin zəfər çalmasına az qalıb. Mən də hadisə barədə bildiklərimi dedim. 20 ildir bu barədə danışmadığım mətbuat orqanı qalmayıb. Jurnalistlərə təşəkkür edirəm. Dediklərimi həmişə işıqlandırıblar. Ümid edirəm ki, iş obyektiv araşdırılacaq və günahkarlar, nəhayət, cəzasına çatacaq.

İşin başında Rövşən Əkbərov dayanır. Ancaq onunla yanaşı, Nazim İbrahimov da bu işdə günahkardır”.

Xatırladaq ki, rəsmi məlumata görə, R. Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs edilib.

“QİA.az”

Oxşar Xəbərlər