İdman

Elmar Baxşıyev: “Hansısa futbolçunun yoxluğu “Qarabağ”a təsir etməməlidir”

“Hazırda “Qarabağ”la oyunu düşünürük. Həmin qarşılaşmada uğurlu nəticəyə köklənmişik”.

QİA.AZ Reporta istinadən bildirib ki,

40 yaşlı mütəxəssis görüşə tam heyətə hazırlaşdıqlarını və bütün oyunçularının test nəticələrinin neqativ olduğunu bildirib: “Zədə ilə bağlı da problemimiz yoxdur. Tam tərkibdə matça hazırlaşırıq. Rəqibdə koronavirusa görə bəzi futbolçular oynamayacaq. Amma onların heyəti genişdir. Hansısa futbolçunun yoxluğu “Qarabağ”a təsir etməməlidir. Biz rəqibdən çox öz oyunçularımızı düşünürük”.

Baxşıyev XII və XIII turun arasında az vaxtın olmasına da toxunub: “Belə şəraitdə də oynamışıq. 3-4 gündən bir matçlarımız olub. Bunu normal qəbul etmək lazımdır. Hər bir kollektiv bu praktikanı keçib. Biz təqvimlə bağlı qərarı normal qarşıladıq”.

Baş məşqçi təlim-məşq toplanışının hava şəraitinə uyğun Bakıda və ya Qəbələdə baş tutacağını söyləyib.

Qeyd edək ki, dekabrın 20-də keçiriləcək “Qəbələ” – “Qarabağ” matçı saat 15:00-da başlayacaq.

Əlaqəli xəbər

Back to top button