Elxan Məmmədov: “AVRO-2020 ilə bağlı qərara hörmətlə yanaşacağıq”

Noy26,2020
Elxan Məmmədov: "AVRO-2020 ilə bağlı qərara hörmətlə yanaşacağıq"

“Ev sahibi kimi qardaş ölkəni Bakıda görməkdən məmnun olacağıq. AFFA olaraq, bütün işlərimizi bu istiqamətdə görürük. Türkiyə yığması burada öz evindəki kimi Uels və İsveçrəyə qarşı oynaya bilər”.

“QİA.AZ” xəbər verir ki, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Bakıda keçiriləcək Avropa çempionatının A qrupunun oyunları ilə bağlı Türkiyə mətbuatına danışarkən deyib.

O, AVRO-2020-nin ev sahibliyinin Bakıdan və Rusiyanın Sankt-Peterburq şəhərindən alınacağına dair xəbərlərə də münasibət bildirib: “Zaman-zaman UEFA-nın bu iki şəhərin ev sahibliyini ləğv etdiyinə dair şayiələr çıxır. Amma hər hansı format dəyişikliyi ilə bağlı yeni rəsmi məlumat yoxdur. Məsələ ilə bağlı yekun qərar UEFA İcraiyyə Komitəsinə aiddir. Qurum hansısa dəyişiklik etməyə qərar versə, AFFA olaraq buna hörmət edəcəyik”.

Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar gələn il 11 iyun – 11 iyula təxirə salınıb. Oyunlar Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.

Oxşar Xəbərlər