“AVRO-2020 öz təbiətinə görə unikal turnir oldu. Bu, müasir tarixin ən uyğun olmayan anlarından birində keçirildi. “COVID-19″ səbəbindən azarkeş və səyahət məhdudiyyətləri Bakıda nümayiş etdirməyə hazır olduğumuz tamaşanın səhnələşdirilməsini çətinləşdirsə də, turnirin müsbət tərəflərinə nikbin baxmaq imkanımız var”.
“QİA.AZ”ın məlumatına görə, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov AVRO-2020-nin Bakıda keçirilən oyunlar barədə danışarkən deyib.
Milli assosiasiya rəsmisi bildirib ki, Azərbaycan 2019-cu il Avropa Liqasının finalından sonra növbəti dəfə qiə futbolunun diqqət mərkəzinə düşdü: “Elit səviyyədə yarışlara ev sahibliyi etməyin yerli azarkeşlər və Azərbaycan əhalisi üçün təsirini qiymətləndirməmək olmaz. Ölkəmizin futbolda layiqli yer tutduğunu nümayiş etdirdik və ümid edirik ki, bu, yerli idmançılarımızastimul verəcək”.