Elxan Məmmədov: “Azərbaycanın futbolda layiqli yer tutduğunu göstərdik”

İyl9,2021

“AVRO-2020 öz təbiətinə görə unikal turnir oldu. Bu, müasir tarixin ən uyğun olmayan anlarından birində keçirildi. “COVID-19″ səbəbindən azarkeş və səyahət məhdudiyyətləri Bakıda nümayiş etdirməyə hazır olduğumuz tamaşanın səhnələşdirilməsini çətinləşdirsə də, turnirin müsbət tərəflərinə nikbin baxmaq imkanımız var”.

QİA.AZ”ın məlumatına görə, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov AVRO-2020-nin Bakıda keçirilən oyunlar barədə danışarkən deyib.

Milli assosiasiya rəsmisi bildirib ki, Azərbaycan 2019-cu il Avropa Liqasının finalından sonra növbəti dəfə qiə futbolunun diqqət mərkəzinə düşdü: “Elit səviyyədə yarışlara ev sahibliyi etməyin yerli azarkeşlər və Azərbaycan əhalisi üçün təsirini qiymətləndirməmək olmaz. Ölkəmizin futbolda layiqli yer tutduğunu nümayiş etdirdik və ümid edirik ki, bu, yerli idmançılarımızastimul verəcək”.

Oxşar Xəbərlər