Noyabr ayında Azərbaycanda keçiriləcək COP29 tədbiri günlərində bağçaların fəaliyyəti davam edəcək.
QİA.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, işləyən valideynlər nəzərə alınaraq bağçalar fəaliyyətini davam etdirəcək: “Sadəcə xüsusi hallarda ümumi prosesdə fəaliyyət üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər. Çünki bağçalarda məcburi davamiyyət yoxdur. Məsələn, adətən valideynlər məzuniyyət dövründə harasa gedəndə övladlarını özləri ilə aparırlar”.