Emin Hacıyev: “Azərbaycanda elektron siqaretin tərkibi ilə bağlı tələblər qoyulmalıdır”

Azərbaycanda elektron siqaretin tərkibi ilə bağlı tələblər qoyulmalıdır.

QİA.az məlumat verir ki, bunu deputat Emin Hacıyev bu gün keçirilən Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, bundan başqa, onun tərkibi ilə bağlı məlumatlar əks olunmalıdır: “Hazırda Qazaxıstanda elektron siqaretin istifadəsi qadağan edilib. Rusiyada bu müzakirə edilir. Əgər, elektron siqaretlər bizə təqdim edildiyi kimi təhlükəsiz olsaydı, qonşu ölkələrdə ona qarşı bu cür ciddi müzakirələr və məhdudiyyətlər qoyulmazdı”.

Oxşar Xəbərlər