Fransa Türkiyəni təhlükəsizlik və miqrasiya sahəsində Avropanın əhəmiyyətli partnyoru hesab edir.
“QİA.az” xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “France 5” telekanalına müsahibəsində bildirib.
“Əgər Avropa Birliyi sülh istəyirsə, təhlükəsizliyin vahid arxitekturasını yaratmalıdır, biz bunun üçün Rusiya və Türkiyə ilə uzunmüddətli perspektivdə dialoq qurmalıyıq, çünki onlar böyük dövlətlərdir”, – Fransa rəhbəri bildirib.
Makron qeyd edib ki, Türkiyə miqrasiya böhranının nizama salınması sahəsində partnyordur. Bu ölkə Suriyadan daha çox qaçqın qəbul edib.
“Onlarda təxminən 3 milyon qaçqın var. Biz miqrasiya məsələsi üzrə Türkiyə ilə əməkdaşlıq etməliyik, əgər müzakirələri qurtarsaq, bu üç milyon qaçqın Avropaya axışacaq”, – Fransa prezidenti deyib.