Futbol

Emre Belözoğlu “Latsio” yolunda

Movavi

Türkiyənin “Fənərbağça” futbol komandasının sabiq baş məşqçisi Emre Belözoğlu karyerasını İtaliyada davam etdirə bilər.

QİA.AZın “SportPress24″ə istinadən məlumatına görə, “Latsio”nun yeni baş məşqçisi Mauritsio Sarri 41 yaşlı mütəxəssisi özünə köməkçi götürmək istəyir.

Belözoğlu 2001 – 2005-ci illərdə “İnter”də çıxış edib. O, Sarri ilə yanaşı, Türkiyə millisinin baş məşqçisi Şenol Günəşdən də analoji təklif alıb.

Qeyd edək ki, Emre Belözoğlu “Fənərbağça”nın baş məşqçisi kimi 2020/2021 mövsümünün ikinci yarısında 10 oyundan 7 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətlə ayrılıb. “Sarı-lacivərdlilər” bu qarşılaşmalarda 18 qol vurub, 10 top buraxıb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button