Ən az səsi bu partiya topladı

Apr2,2024

Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində ən az səs almış partiyanın adı açıqlanıb. 

QİA.az Qafqazinfoya istinadla xəbər verir ki, bu barədə Türkiyə İqtisadi Siyasətlər Araşdırma Fondunun nümayəndəsi Mert Uzunsoy məlumat yayıb.

O bildirib ki, Güc Birliyi Partiyası cəmi üç səs alıb:

“Biz seçki məlumatlarını bir çox aspektlərdən nəzərdən keçirəcəyik və təhlil edəcəyik, ancaq əvvəlcə ən maraqlı məlumatlardan birini paylaşım. Yalnız Mudurnuda seçkiyə qatılmış Güc Birliyi Partiyası cəmi üç səs toplayıb. Bu, cümhuriyyət tarixində seçkilərdə ən az səs almış siyasi partiya olub”.

Xatırladaq ki, sözügedən seçkilərdə səslərin 99,99 faizi hesablanıb. Ölkə üzrə nəticələrə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) birinci, hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) isə ikinci yerdədir.

Oxşar Xəbərlər