Energetika Nazirliyinin Çağrı Mərkəzinə I rübdə daxil olan müraciətlərin statistikası

2021-ci ilin I rübündə vətəndaş müraciətləri ilə bağlı Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1192 zəng qəbul edilib. Daxil olan zənglərin 577-i elektrik enerjisi təchizatı, 160-ı qaz təchizatı, 79-u sayğacların quraşdırılması, 14-ü istilik sistemi, 314-ü isə digər məsələləri əhatə edib. 42 zəng təşəkkür xarakterli, 6-sı isə Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı olub.

Energetika Nazirliyinin Mətbuat xidmətindən “QİA.az”a verilən məlumata görə, bu dövrdə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Qeyd edək ki, xüsusi karantin rejiminin davam etdiyi müddətdə vətəndaşlar müraciətlərini (012) “974” Çağrı Mərkəzi, (012) 598-16-55 “Qaynar xətt”i, [email protected] elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsilə Energetika Nazirliyinə ünvanlaya bilərlər.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər