Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan xalqın iradəsini tam qorumaq üçün partiya üzvlərini səslərin sayılması proseduru bitənə qədər seçki qutularının yanında qalmağa çağırıb.
Bu barədə Ərdoğan “X” hesabında yazıb.
“Saat 17:00-a olan məlumata görə, bütün ölkə üzrə səsvermə prosesi başa çatıb. Seçki qutularını və səsləri qorumaq vaxtıdır. Son səslər hesablanana və nəticələr yekunlaşana qədər bütün bacı-qardaşlarımdan məsul olduqları seçki qutularını tərk etməmələrini və xalqın iradəsini sona qədər müdafiə etmələrini ürəkdən xahiş edirəm”, – deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər başa çatıb.
Vətəndaşlar ölkənin 30-u böyük şəhər olmaqla, 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibini, həmçinin 50 min 336 kənd və məhəllə muxtarını seçmək üçün səs veriblər.