Ərdoğanın sədrlik etdiyi iclasda Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub – YENİLƏNİB

May28,2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə dövlət başçısının Beştəpə iqamətgahında keçirilən Milli Təhlükəsizlik Şurasının bu ildəki üçüncü iclası başa çatıb.

İclasdan sonra yayımlanan bəyanatda Azərbaycan-Ermənistan sülh prosesinə də toxunulub.

Bildirilib ki, Azərbaycan və Ermənistan arasında danışıqlarda müsbət irəliləyişlərin sülhü təmin edəcək razılaşma ilə nəticələnməsi Ankaranın arzusudur. Sənəddə Türkiyənin daimi sülhün bərqərar olmasına yönəlmiş bütün xoşməramlı səylərə dəstəyi bir daha ifadə olunub.

Bununla yanaşı, bəyanatda terrorla mübarizədə hökumətin sonadək bütün lazımi addımları atacağı qeyd edilib.

Həmçinin, süni intellekt sahəsində əldə edilən irəliləyişin kiberməkanda yeni təhlükələr yaratdığına diqqət çəkilib.

Oxşar Xəbərlər