Erkan Özoral “Dostluq” ordeni ilə təltif edilib

Apr10,2021

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral “Dostluq” ordeni ilə təltif olunub.

QİA.AZ-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı aprelin 10-da sərəncam imzalayıb.

E.Özoral Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə təltif olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib və ona ordeni təqdim edib.

Oxşar Xəbərlər