Siyasət

Ermənistan yaşayış mühitini zəhərlədiyinə görə cavab verməlidir – XİN

Ermənistan həm ermənilərin, həm də azərbaycanlıların yaşayış mühitini zəhərlədiyinə görə cavab verməlidir.

QİA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsindən Beynəlxalq müharibə və silahlı münaqişələrdə ətraf mühitin istismarının qarşısının alınması günü münasibətilə paylaşımında deyilir.

Paylaşımda bildirilir: “Azərbaycan işğaldan azad edilmiş ərazilərdə təbii yaşayış mühitinin bərpasına sadiqdir və Ermənistanın qanunsuz işğalı zamanı vurduğu böyük ziyandan narahatdır. Ermənistan regionda həm ermənilərin, həm də azərbaycanlıların yaşayış mühitini zəhərlədiyinə görə cavab verməlidir”.

Əlaqəli xəbər

Back to top button