Erməni əslirliyindən xilas edilən gizir bu gün ailəsinə qovuşdu

Dek27,2020

Vətən müharibəsi zamanı əsir götürülənlərdən biri də Azərbaycan Ordusunun giziri, Yevlax şəhər sakini Baxşəliyev Emin Zahir oğlu idi.

“QİA.AZ” xəbər verir ki, noyabrın 10-da imzalanan Qarabağ bəyanatına uyğun olaraq əsirlərin qarşılıqlı dəyişdirilməsi razılığı əsasında Azərbaycana təhvil verilən Emin Baxşəlıyev artıq bu gün ailəsi ilə görüşüb.

Qeyd edək ki, Emin Baxşəliyev Ağdərə istiqamətində gedən döyüşlərdə fəallıq göstərib. O, hərbi əməliyyatlar zamanı yaralandıqdan sonra ermənilər tərəfindən əsir götürülmüşdü.

Oxşar Xəbərlər