Erməni general müharibədə “İsgəndər” raketindən istifadə olunduğunu etiraf edib

Dağlıq Qarabağ münaqişənin eskalasiyası dövründə Ermənistan “İsgəndər” operativ-taktiki raket kompleksini tətbiq edib.

QİA.AZ-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi və ötən gün vəzifəsindən istefa vermiş baş hərbi müfəttiş, general Movses Akopyan deyib.

Brifinq zamanı jurnalistlərin suallarını cavablandıran M.Akopyan bəzi faktları etirafı edib:

“İsgəndər” tətbiq olunub. Amma hansı istiqamətdə atıldığını deyə bilmərəm”.

Qeyd edək ki, Ermənistan rəhbərliyi münaqişə dövründə “İsgəndər” raketlərinin atılmadığını deyirdi.

Oxşar Xəbərlər