Erməni ictimai xadim: “Matəm günlərində heç bir ölkə, heç bir təşkilat dövlətimizə başsağlığı məktubu göndərmədi”

“Gözümüzün önündə dövlətimizi itiririk. Şişirtmə olmadan yox olur. Bəs bu gün nəyə sahibik? Azərbaycanı sıfır qınama. Nəticə aydın oldu. Artıq 3 aydır Ermənistanda bu reallıqdır”.


QİA.AZ xəbər verir ki, bunu erməni ictimai xadim Karen Avaqyan öz “Facebook” səhifəsində yazıb.

“Elan edilmiş üç günlük matəm günlərində heç bir ölkə, heç bir təşkilat dövlətimizə başsağlığı məktubu göndərmədi və dəstək olmadı, çünki dövlət artıq yoxdur.

Bu səlahiyyətlilər nəinki erməni marağını qoruyub saxlamaq üçün hər hansı şansa malik deyil, həmçinin onu təmsil etmək iqtidarında deyil”, – deyə o qeyd edib.

Oxşar Xəbərlər