Erməni “silah baronu”: “Müstəntiqlər silahın istehsal tarixi ilə seriyasını ayırd edə bilmirlər”

Fev2,2021
Erməni “silah baronu”: "Müstəntiqlər silahın istehsal tarixi ilə seriyasını ayırd edə bilmirlər"

Ermənistanda həbs edilən “Patron Davo” ləqəbli iş adamı David Qalstyan ona qarşı irəli sürülmüş ittihamların qondarma olduğunu bildirib.

“QİA.AZ” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, “Patron Davo” iş üzrə bəzi məsələlərin dövlət sirri olduğunu, ona görə də həmin hissələrə publik şəkildə aydınlıq gətirməyəcəyini deyib.

“Müdafiə Nazirliyinə tədarük edilmiş mal, razılaşmada əks olunmuş şərtlərə baxmayaraq, 1977-ci il istehsalı idi. Fikrimizcə, belə iddianın arxasında iki səbəb gizlənə bilər. Ya ilkin istintaq orqanı yetərincə peşəkarlıq sərgiləməyib və açılmış işdəki məlumatları təhlil edərək düzgün qiymətləndirməyib. Əslində, 1977-ci il istehsal yox, həmin növ silah-sursat seriyasının buraxılışa verildiyi tarixdir. Ya da həqiqəti açıq-aşkar təhrif etmək və Silahlı Qüvvələrə dələduzluq yolu ilə 70-ci illərin silah-sursatının tədarük edilməsi illüziyası yaratmaq istəyirlər”, – “silah baronu” vurğulayıb.

Qeyd edək ki, D.QalstyanErmənistan Müdafiə Nazirliyinə köhnə və yararsız mərmi tədarük etməkdə ittiham olunur. Məlumata görə, “Patron Davo”nun şirkəti nazirliyə 1983-1986-cı illərdə istehsal olunan topların yerinə 1977-ci ildə Çexiyada istehsal olunan eyni təyinatlı hərbi texnika satıb.

“Silah baronu” sayılan D.Qalstyan dövlətə 523 milyon dram (1,08 milyon ABŞ dolları) məbləğində maddi ziyan vurub. Bir müddət əvvəl MTX D.Qalstyan barəsində cinayət işinin başladığına dair məlumat yaymışdı.

Oxşar Xəbərlər