Ermənilər əsirlikdə olan Azərbaycan hərbçisinin fotosunu yaydılar

İkinci Qarabağ müharibəsində yaralı şəkildə Ermənistana əsir düşən Azərbaycan Ordusunun hərbçisi Amin Musayevin yeni fotosu yayılıb.

“QİA.AZ” xəbər verir ki, onun fotosunu “Infoteka 24” yayıb.

Bildirilib ki, A.Musayev hazırda xəstəxanada müalicə alır.

Xatırladaq ki, əsir götürülən iki azərbaycanlı əsgərin (Amin Musayev və Bayram Kərimov) döyüşlərdən sonra ukraynalı jurnalist Aleksandr Xarçenko və erməni əsgərlər tərəfindən ilkin tibbi yardım göstərildiyini əks etdirən videolar yayılıb. Bunun ardınca isə onlardan birinə maşının içərisində zorakı davranıldığını göstərən video da yayılıb.

Oxşar Xəbərlər