Ermənilər 54 hektardan çox meşə sahəsini məhv edib

Yan29,2021

“Ermənilərin torpaqlarımızı işğal etdiyi dövr ərzində 54 328 hektar meşə sahəsi məhv edilib”.

QİA.AZ xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, işğaldan əvvəl həmin ərazilərdə meşə örtüyü 228 794 hektar təşkil edib:

“Ötən ilin məlumatına görə, bu rəqəm 174466,8 hektar olub”.

Nazir müavini qeyd edib ki, rəqəmlər ilkin məlumatdır: “Bu rəqəm daha çox ola bilər. İşğaldan azad edilən ərazilərdə ilk olaraq yaşıllaşma işlərinə başlanılıb. Füzuli, Zəngilan, Qubadlı, Ağdamda Şərq çinarları əkilib, palıd toxumları səpilib. Qubadlı və Zəngilanda tut tingləri əkilib və 1-2 il sonra ora köçən insanlar bundan baramaçılığın inkişafında istifadə edəcəklər”.

Oxşar Xəbərlər