Ermənilər Hikmət Hacıyevin adına saxta profillər yaratdı

Noy2,2020
Hikmət Hacıyev: “Ermənistan yeni hərbi cinayətlər üçün zəmin yaradır”

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adına saxta profillər yaradılıb.

“QİA.AZ”ın xəbərinə görə, bu barədə Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.

“Hörmətli izləyicilər! Mənim adıma twitter-də @hikmet_hajiyev və teleqram kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılıb. Bundan əvvəl Instagram və Facebook-da belə saxta profillər yaradılmışdı. Mənim yalnız Twitter-də @HikmetHajiyev adlı hesabım vardır”, – deyə Hikmət Hacıyev qeyd edib.

Oxşar Xəbərlər