Ermənilər Tərtər rayonunu fosforlu mərmilərdən atəşə tutub

Noy3,2020

Ermənilər Tərtər rayonuna fosforlu partlayıcı maddə atıb.

“QİA.AZ”ın məlumatına əsasən, Ermənistan silahlı qüvvələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

Düşmən bu dəfə artilleriya atəşində fosforlu top mərmilərindən istifadə edib. Fosforlu mərmilər rayonun Səhləbad kəndində boş sahəyə düşdüyündən itki yoxdur. Hadisə barədə dərhal ANAMA təşkilatına məlumat verilib.

Hazırda ərazidə mərmilərin zərərsizləşdirilməsi üçün təhlükəsizlik tədbirləri görülür.

Oxşar Xəbərlər