“Məni Azərbaycanda döyüşməyə zorla göndərdilər”.
QİA.AZ xəbər verir ki, bunu Azərbaycana əsir düşmüş Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviç bildirib.
O deyib ki, 1995-ci ildə Ermənistanın Allaverdi rayonunda anadan olub. Keşişi oktyabrın 16-da Sisiandakı hərbi komissarlığa Azərbaycan ərazisi olan Qarabağda döyüşə getməyə çağırıblar. Saakyan və başqa din xadimləri də döyüşə getmək istəmədiklərini bildirsələr də, onların dediklərinə məhəl qoymayıblar. Din xadimlərinə “Kalaşnikov” avtomatı verib Ermənistan-Azərbaycan sərhədinə, Qubadlı rayonuna aparıblar. Onlar orada istehkam qurumuşlar. Bu zaman həmin əraziyə mərmi düşüb. “Sağ qaldığım üçün Allaha şükürlər etdim”, – keşiş bildirib.
Qeyd edək ki, adventisizm 1831-ci ildə Amerika Birləşmiş Ştatlarında Vilyam Miller (William Miller 1782 – 1849) adlı bir fermer tərəfindən yaradılmış bir xristian – din hərəkatıdır.