Ermənistan-Azərbaycan sərhədindəki hadisələr göstərdi ki, regionda vəziyyət tam sabitləşməyib.
QİA.AZ-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin Kollegiyasında çıxışı zamanı deyib.
O xatırladıb ki, bir il əvvəl Qarabağ münaqişəsi Rusiyanın fəal vasitəçilik səyləri sayəsində dayandırılmışdı.
“Amma bir müddət əvvəlki atışmalar göstərdi ki, regionda vəziyyət tam sabitləşməyib. Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin tənzimlənməsi üzrə səylərin davamı üçün Rusiya diplomatiyasının rolu artır”.