Ermənistan Azərbaycanın dinc sakinlərinin ölümünə görə məsuliyyət daşıyır – Türkiyə Prezident Administrasiyası

Okt 28, 2020

Ermənistan Bərdə şəhərində Azərbaycanın dinc sakinlərinin ölümünə görə məsuliyyət daşıyır.

Bunu QİA.AZ-a Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, mülki şəxsləri raket atəşinə məruz qoymaqla Ermənistan hərbi cinayət törədir:

“Dünya ictimaiyyəti Yerevanı dərhal pisləməli və gec olmadan Ermənistanı dayandırmalıdır”.

Administrasiyadan bildiriblər ki, Ankara əvvəllər olduğu kimi, sonadək qardaş Azərbaycanın yanında olacaq.

Oxşar Xəbərlər