Türkiyə və Azərbaycan Ermənistana sülh əli uzatdılar. Arzumuz və ümidimiz ondan ibarətdir ki, Ermənistan bunu zəiflik saymasın, yanlış addım atmasın və bu sülh əlindən tutsun.
QİA.AZ-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan Ordusunun şəhid baş leytenantı Valeh Məmiyevin ailə üzvlərini qəbul edərkən deyib.
Nazir qeyd edib ki, Ermənistan Azərbaycanın uzatdığı barış əlini tutsun, dərhal regionda sabitlik təmin olunsun, bölgəyə sülh gəlsin və insanlar təhlükəsiz şəraitdə yaşasın.
“Bizim dərdimiz torpaqlarımıza göz dikilməməsidir. Bizim heç kimin torpağında gözümüz yoxdur. Öz haqqımızı və torpağımızı qorumaq üçün lazım olanları indiyədək etdik. Bundan sonra da etməyə davam edəcəyik”, – deyə o bildirib.