Ermənistanın baş naziri Nikol Paşinyanın hakim “Mülki müqavilə” partiyasına inamsızlığı artır.
QİA.az “Report”a istinadla xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazlb.
Qeyd olunub ki, N.Paşinyanla qapalı görüşlərdən əvvəl hakim partiyanın bütün deputatlarının telefonları yığılır, həmçinin müzakirə zalında səsboğucular işləyir.
Bildirilib ki, son görüşdə də eyni hal təkrarlanıb.
Məlumata görə, parlamentarilər bu münasibətdən incisələr də, etiraz etməyə cürət etmirlər.