Ermənistan mətbuatının yaydığı məlumat yalandır – Müdafiə Nazirliyi

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən guya atəş açılması nəticəsində bir erməni hərbiçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

QİA.AZ-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Bildiririk ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir” – deyə, nazirlik qeyd edir.

Oxşar Xəbərlər