Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru Georgi Kutoyanın ölüm faktı ilə bağlı açılan cinayət işinin istintaqı yetərli dəlil-sübut olmadığı üçün dayandırılıb.
“QİA.AZ” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Rima Yeqanyan bildirib.
Qeyd edək ki, 2020-ci il yanvarın 17-də G.Kutoyan Yerevan şəhərində ölü tapılıb. Ermənistan İstintaq Komitəsi 38 yaşlı G.Kutoyanın üzərində odlu silahdan açılmış yara olduğunu bildirmişdi.
O, 2016-cı il fevralın 12-dən 2018-ci il mayın 10-dək bu vəzifədə çalışıb.