Ermənistan MTX və baş qərargah rəisi Moskvadadır

Dek29,2020

Ermənistan milli təhlükəsizlik xidmətinin (MTX) direktoru Armen Abazyan dekabrın 29-dan Moskvada səfərdədir.

“QİA.AZ” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı MTX-nin mətbuat xidməti təsdiqləyib.

Məlumata görə, Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi general-polkovnik Onik Qasparyan da Moskvadadır.

Səfərin məqsədi ilə bağlı məlumat yayılmayıb

Oxşar Xəbərlər