Ermənistan Müdafiə Nazirliyi Baş Qərargahın Paşinyanın istefası tələbini dəstəkləməyib

Ermənistan Müdafiə Nazirliyi bəyanat yayıb.

QİA.AZ-ın xəbərinə görə, bəyanatda bildirilib ki, ordu siyasətdən kənar strukturdur.

“Ermənistan Respublikasının Silahlı Qüvvələri vətənimizin sərhədlərinin qorunmasını tam həyata keçirir və təhlükəsizliyini təmin edir. Ordu siyasətdən kənar quruluşdur, Silahlı Qüvvələri hər hansı siyasi prosesə cəlb etmək üçün bütün cəhdlər yolverilməzdir”, deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanı istefaya çağıran bəyanat yayıb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb. 

Oxşar Xəbərlər