Ermənistan müdafiə nazirliyi yenə yalan məlumat yayıb

İyunun 22-si saat 17:40 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat həqiqətə uyğun deyil.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”,- deyə nazirlikdən bildirilib.

Oxşar Xəbərlər