Ermənistan müxalifəti delimitasiya prosesi ilə bağlı referendumun keçirilməsini tələb edir

Ermənistanda referendumun keçirilməsi zəruridir.

QİA.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu tələblə müxalifət çıxış edib.

Məlumata görə, aprelin 9-da parlamentdə sərhədlərin delimitasiyası ilə bağlı qapalı iclas kifayət qədər gərgin keçib: “Xarici işlər naziri Ararat Mirzoyan baş nazir Nikol Paşinyanın təklif etdiyi tezisləri inadla müdafiə edərək xüsusilə fəallıq nümayiş etdirib”.

“Baş nazirin müavini Mger Qriqoryan daha konstruktiv olub. O qeyd edib ki, yenidən belə bir görüşdə iştirak etməyə hazırdır. Sərhədin delimitasiyası ilə bağlı işlərin nə vaxt başlayacağı və hansı xəritələrin əsas götürüləcəyi hələ dəqiq bilinmir”, – məlumatda qeyd olunub. İddia olunur ki, müxalifət referendum olmadan delimitasiya prosesinin reallaşmasına qarşı çıxıb.

Qeyd edək ki, aprelin 9-da Ermənistan Milli Assambleyasında müxalifətin təşəbbüsü ilə sərhədin delimitasiyası və demarkasiyası məsələlərinə həsr olunmuş qapalı iclas keçirilib. Əsas çıxış edənlər xarici işlər naziri A.Mirzoyan və M.Qriqoryan olub.

Oxşar Xəbərlər