Ermənistanın Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət tərəfdarları İrəvanda parlament binasının qarşısında etiraz aksiyası keçirir.
QİA.AZ-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, N. Paşinyanın parlamentdə çıxışı gözlənilir.
Parlament binasının ətrafına polis qüvvələri gətirilib. Binanın damına snayperlərin yerləşdirildiyi bildirilir.