Ermənistan müxalifəti Paşinyanın növbədənkənar seçkilərdən əvvəl istefasını tələb edir

Dek 26, 2020

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın növbədənkənar seçkilərdən əvvəl istefaya getməsini tələb edir.

QİA.AZ-ın “İzvestiya”ya istinadən verdiyi məlumata görə, “Daşnaktsutyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan N.Paşinyanın istefasını qaçılmaz, növbədənkənar seçkilərin keçirilməsini isə qəbulediməz adlandırıb:

“Siyasi cəsəd yenə də xalqın arxasında gizlənərək, yenə də onları aldatmağa çalışaraq qurtuluş yolları axtarır. Sənin siyasi ölümün artıq bir həqiqətdir, istefan isə qaçılmazdır”.

İ.Saqatelyan qeyd edib ki, N.Paşinyan növbədənkənar seçkiləri inzibati resurslar hesabına təşkil etməyə çalışır: “Bu seçim qəbuledilməzdir. Bir yol var – satqın istefaya getməlidir, bundan sonra isə erməni xalqına azad, ədalətli, şəffaf və rəqabətli seçki keçirmək imkanı verilməlidir”.

Oxşar Xəbərlər