Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistanda açılan cinayət işlər çərçivəsində saxlananlar arasında hərbçilər də var.
QİA.AZ-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Müdafiə Nazirliyinin Əsri və itkin düşənlərlə iş komitəsinin sədri Vitali Voskanyan deyib.
O bildirib ki, hərbi qulluqçularının əsassız ölümünə yol açmış hər bir şəxs cəzalandırılacaq. Hələlik həbs olunanların sayı açıqlanmır.
Saxlananlar arasında cəbhə bölgəsində yerləşən hərbi hissələrin yüksək rütbəli məmurlarının da olduğu deyilir.