Ermənistan bir daha təsdiq etdi ki, Qarabağ müharibəsində erməni keşişləri iştirak edirlər.
QİA.AZ-ın məlumatna görə, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsun Hovanisyan bu gün açıqlamasında bildirib ki, döyüşlərdə iki keşiş Qazaryan və Nərsisyan aktiv şəkilədə iştirak edib:
“Dünən gecə döyüşlər baş verib. Keşişlərimiz Qazaryan və Nərsisyan dünən gecə əsgərlərimiz üçün tanrıya dua edib və döyüşlərdə iştirak edib”.
O, döyüşlərdə işitrak edən keşişlərin fotolarını da yayıb.
Bundan əvvəl də qeyd etidiyimiz kimi, bütün dinlərin əsasında sülh dayanır və adətən, din xadimləri toqquşmaların qarşısının alınmasında rol oynayırlar. Erməni keşişləri isə bunun əksini edir, hətta “humanitar atəşkəs”in başlanmasından bir neçə saat öncə bütün ermənilərin katolikosu II Qaregin erməniləri müharibəyə qoşulmağa, azərbaycanlıları öldürməyə çağırıb.