Ermənistan parlamenti Paşinyanın baş nazir seçməyib

Ermənistan parlamentinin deputatları bu gün keçirilən xüsusi iclasda Nazirlər Kabinetinin rəhbəri vəzifəsini icra edən Nikol Paşinyanın ölkədə növbədənkənar parlament seçkisi keçirmək üçün respublikanın baş naziri vəzifəsinə namizədliyinə səs verməyiblər.

“QİA.az” TASS-a istinadən xəbər verir ki, Ermənistan qanunverici orqanının xüsusi iclası yerli telekanallar tərəfindən canlı yayımlanıb.

“Paşinyanın baş nazir seçilməsinin lehinə 1 deputat səs verib, 3 nəfər bunun əleyhinə çıxıb, 75 nəfər isə bitərəf qalıb. Paşinyan baş nazir seçilməyib”, – parlamentin sədri Ararat Mirzoyan bildirib.

Oxşar Xəbərlər