Ermənistan prezidenti Rusiyaya səfər edəcək

Ermənistan prezidenti Armen Sarqsyan mayın 8-9-da Rusiya paytaxtına fərdi, ayın 10-da isə işgüzar səfərə gedəcək.

QİA.AZ xəbər verir ki, bu barədə onun köməkçisi Hasmik Petrosyan məlumat verib.

Moskva şəhərində keçiriləcək Qələbə paradında prezidentin iştirak edəcəyini təsdiqləməyən köməkçi dövlət başçısının ictimai tədbirlərə qatılmasının hələlik nəzərdə tutulmadığını dilə gətirib.

Prezidentin mətbuat xidmətindən isə dövlət başçısının qısamüddətli məzuniyyət çərçivəsində Rusiyaya öz hesabına gedəcəyi bildirilib.

Oxşar Xəbərlər