Ermənistan Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı sentyabrda geri çağıracaq.
QİA.az bu barədə xəbəri “Joxovurd” qəzetinə istinadən verir.
Məlumata görə, Arutyunyanı hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Qurgen Arsenyan əvəz edəcək.
“Parlamentin iyulun 12-də keçirilən iclası Qurgen Arsenyanın deputat qismində iştirak etdiyi sonuncu toplantı olub. Belə ki, o, yaxın günlərdə səfir təyin olunacağı üçün mandatını itirəcək”, – deyə məlumatda bildirilib.