Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təhlükəsizlik məsələlərinə cavabdeh olan Ali Nümayəndələrin Beynəlxalq görüşü üçün Rusiyaya getməyəcək.
Məlumata görə, Qriqoryan aprelin 24-25-də Sankt-Peterburqda keçiriləcək təhlükəsizlik məsələlərinə cavabdeh olan Ali Nümayəndələrin 12-ci Beynəlxalq görüşündə iştirak etməyəcək.