Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də yalan, şişirdilmiş ssenarilər əsasında yazılmış nağılları ilə uğursuzluqlarını gizlətməyə və narazı əhalisini sakitləşdirməyə çalışır. Belə ki, bu dəfə düşmən guya cəbhənin şimal istiqamətində Ordumuzun “diversiya qrupunun” artilleriya atəşinə tutulması və itki verərək geri çəkilməsi barədə növbəti yalan məlumat yayıb.
Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən QİA.AZ-a məlumat verilib.
Bildirilib ki, qarşı tərəfin yaydığı bu məlumat da tamamilə dezinformasiyadır və düşmənin növbəti fantaziyasıdır.