Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”

Apr18,2024

Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen aprelin 5-də Brüsseldə keçirilən görüşdə gizli gündəliyi müzakirə etməyiblər.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın diplomatik qurumun saytında dərc olunmuş şərhində deyilir.

“Brüsseldə keçirilən görüşdə Ermənistanın sabitliyindən və iqtisadiyyatın şaxələndirilməsindən danışılıb. Brüsseldəki sammitin heç bir gizli gündəm olmayıb”, – deyə Badalyan qeyd edib və əlavə edib ki, “Brüssel prosesi tam şəffaf olub və olacaq”.

Oxşar Xəbərlər