Ermənistana qaçaq yolla tank hissələrinin göndərilməsinin qarşısı alınıb

Apr6,2021

Rusiyanın Ural regional operativ gömrüyünün əməkdaşları Ermənistana tankın ehtiyat hissələrinin göndərilməsinə cəhdin qarşısını alıb.

“QİA.az” xəbər verir ki, bu barədə Ural Gömrük İdarəsinin Mətbuat xidməti məlumat yayıb.

“Hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator tankın idarə edilməsində istifadə olunur. Stabilizatoru Uralın cənubundan olan, Çelyabinsk vilayətinin sakini göndərib”, – məlumatda vurğulanıb.

Bildirilib ki, bu stabilizatorlar hərbi texnikalarda, o cümlədən “T-72” markalı tanklarda istifadə olunur.

Fakt üzrə cinayət işi başlayıb. Bu cinayətin cəzası 7 il həbs və ya 1 milyon rubladək cərimədir.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər